İran prezidenti iyunun 9-da Türkiyəyə səfər edəcək

İran prezidenti iyunun 9-da Türkiyəyə səfər edəcək
# 29 may 2014 11:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Türkiyənin “Timetürk” qəzeti yazıb.

Xəbərdə səfər tarixinin hələlik İran rəsmiləri tərəfindən təsdiqlənmədiyi qeyd olunub.

Məlumatda həmçinin H. Ruhaninin səfər çərçivəsində Türkiyənin dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi, ikitərəfli əlaqələrin və əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə iqtisadi və regional məsələlərdə genişləndirilməsi, o cümlədən Suriya böhranının əsas müzakirə mövzusu olacağı bildirilir.

İranın Türkiyədəki səfiri Əlirza Bigdeli isə jurnalistlərə açıqlamasında səfərin tarixinin dəqiqləşdirilməsi üçün məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb: “İran tərəfi səfərin mayın 19-da həyata keçirilməsini təklif etsə də, Türkiyə tərəfi uyğun saymadığından təxirə salındı. Türkiyə də tarix təklif edib. Hazırda İranın buna cavab verməsini gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR