Qəbələdə mülki müdafiə qüvvələrinin təlimi keçirilib - FOTO - VİDEO

Qəbələdə mülki müdafiə qüvvələrinin təlimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 may 2014 21:30 (UTC +04:00)

APA-nın məlumatına görə kompleks təlimə Qəbələ rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının nümayəndələri, rayonun mülki müdafiə xidməti, mülki müdafiənin qüvvə və vasitələri cəlb olunub.

Kompleks təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində hazırlığın yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili və bununla bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, fövqəladə hadisələrin nəticələrini aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə praktiki vərdişlərin aşılanmasından ibarət olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizə edilməsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi işlərini, həmçinin adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına, praktiki tədbirlərin yerinə yetirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının mülki müdafiə idarəsi, Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi və Qəbələ rayon İcra Hakimiyyətinin birgə keçirdiyi kompleks təlimə 18 nəfər zabit heyəti, xidmət təşkilatlarının 300 nəfərlik mülki müdafiə dəstələri, 34 ədəd zəruri texnika və mexanizm cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR