Bakıda avtomobil 75 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda avtomobil 75 yaşlı piyadanı vuraraq öldürüb
# 20 yanvar 2014 09:09 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 19-u saat 12:30 radələrində, Xəzər rayonu Buzovna-Zağulba şossesində qeydə alınıb. Qubadlı rayon sakini 1981-ci il təvəllüdlü Yaşar Babayev idarə etdiyi «Mercedes» markalı avtomobillə qəsəbə sakini, 1939-cu il təvəllüdlü Əşrəf Hümbətovu vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR