Kiyevdə etirazçılar Turçinovun və Avakovun istefasını tələb ediblər

Kiyevdə etirazçılar Turçinovun və Avakovun istefasını tələb ediblər
# 15 aprel 2014 00:44 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar Ali Rada tərəfindən təyin edilən Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakovun istefasını tələb ediblər.

Etiraz aksiyasının iştirakçıları hakimiyyəti ölkənin şərqindəki yaranan vəziyyətə görə fəaliyyətsizlikdə günahlandırıblar.

Piketin aprelin 15-də, səhər saatlarından etibarən davam edəcəyi bildirilir. Bundan əvvəl etirazçılar İstiqlaliyyət meydanında da piket keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR