Göyçay sakini Yuxarı Şirvan kanalına düşərək ölüb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Göyçay sakini Yuxarı Şirvan kanalına düşərək ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 aprel 2014 14:57 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda itkin düşən kişinin intihar etdiyi güman edilir. Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçay sakini, 1969-cu il təvəllüdlü Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verilsə də, onun harada olması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları cəlb olunub. Hazırda kanalda onun meyiti axtarılır. İki övlad atası olan Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyini bildirib. O, bunun səbəbini oğlunun bir çox adama pul borcunun olması ilə əlaqələndirib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

16:47

Bakı. Fuad Cəfərov - APA. Göyçay rayonunda 45 yaşlı kişi itkin düşüb. Göyçay Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1969-cu il təvəllüdlü Sərdar Xanlar oğlu Abdullayev aprelin 8-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polisdən S. Abdullayevin ayaqqabısı və jaketinin bu gün Şirvan kanalının rayon Cəyirli kəndindən keçən hissəsindən tapıldığı bildirilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri kanalda axtarış aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR