Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub
# 05 may 2014 21:01 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə binanın damından enərək pəncərədən daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:53-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR