"Unibank" Müstəqillik günü münasibətilə kredit aksiyası keçirir

"Unibank" Müstəqillik günü münasibətilə kredit aksiyası keçirir
# 15 oktyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə xüsusi aksiyaya başlayır.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, oktyabrın 15-dən 21-dək davam edən kampaniya çərçivəsində, ölkə vətəndaşları 10 000 manatadək komissiyasız nağd kredit əldə etmək üçün “Unibank” filiallarına müraciət edə bilər.

“Unibank”da manat kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR