Azərbaycan Beynəlxalq Bankı xüsusi ipoteka proqramı hazırlayacaq

Azərbaycan Beynəlxalq Bankı xüsusi ipoteka proqramı hazırlayacaq
# 17 dekabr 2014 12:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) əhalinin mənzil alma imkanlarının artırılması üçün xüsusi kredit proqramları təqdim edəcək.

APA-Economics”in məlumatına görə, bunu ABB-nin baş direktoru Elmir Həbibullayev deyib.

“Məlum olduğu kimi, dövlətin təqdim etdiyi dövlət ipotekasından başqa “Azərbaycan Beynəlxalq Bankı”nın özünün xüsusi proqramları var. Bank bir neçə bina tikən şirkətlə bərabər layihələrə başlayıb və bu layihələri dəstəkləyir. Hesab edirik ki, bu layihələrlə “Azərbaycan Beynəlxalq Bankı” ölkəmizdə real tikinti sektorunun inkişafına böyük dəstək verir. Bankın bu gün bu sektora dəstəyi ciddi şəkildə daşınmaz əmlak bazarına təsirini göstərib. İnsanlar daha çox mənzil almaq imkanı əldə ediblər”, - deyə E. Həbibullayev vurğulayıb.

O, əlavə edib ki, “Azərbaycan Beynəlxalq Bankı”nın ipoteka kreditlərinin həcmi 250 mln. manatdan artıqdır: “Bu həm insanların sosial rifahının yaxşılaşmasına, həm də daha rahat mənzil əldə etməsinə şərait yaradır”.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) mənzillərin alınması üçün öz müştərilərinə 10 il müddətinə 10 %-dən 12 % qədər kreditlər təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR