Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
"APA-Economics"in məlumatına görə, sentyabrın 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0351 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rublu 1,9710 manatadək ucuzlaşıb, avro isə 1,9763 manata kimi bahalaşıb.
