Bank Of Baku

Hacıqabulda avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var

Hacıqabulda avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var
# 06 aprel 2019 22:12 (UTC +04:00)

Hacıqabulda baş verən avtoqəzada 2 nəfər ağır xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul şəhərindən keçən hissəsində, yolötürücü körpünün üzərində baş verib.

"VAZ 2106" markalı avtomobil dəmir səddə çırpılıb. Nəticədə sürücü, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu, eləcə də avtomobildə olan sərnişin - Hacıqabul sakini, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması diaqnozu qoyulan E.Həsənov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR