Şəmkir sakini toyda bıçaqlanıb

Şəmkir sakini toyda bıçaqlanıb
# 03 avqust 2016 21:29 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1970-ci il təvəllüdlü Saməddin Namazov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Namazovun toy mərasimində yaranan mübahisə zəminində bıçaqlandığı bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR