Azərbaycan il ərzində xam neft və neft məhsullarının ixracını 10%-dən çox artırıb

Azərbaycan il ərzində xam neft və neft məhsullarının ixracını 10%-dən çox artırıb
# 18 mart 2015 07:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-fevral ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələri əsasında 1 825 982,28 min ABŞ dolları dəyərində 4 461 631,23 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 44,1% azdır.

Bu ilin iki ayında 122 159,79 min dollar dəyərində 377 873,12 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 57,8% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 27,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR