Salyanda avtomobil kanala aşıb, sürücü ölüb

Salyanda avtomobil kanala aşıb, sürücü ölüb
# 18 mart 2015 07:19 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, avtoqəza ötən gün axşam saatlarında rayonun Seydan kəndi ərazisində qeydə alınıb.

27 yaşlı Mirteymur Abıyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Salyan-Şirvan yolu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala düşüb. Avtomobildən çıxa bilməyən sürücü suda boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR