Tərtərdə partlamamış 100 mm-lik top mərmisi aşkarlanıb - FOTO

Tərtərdə partlamamış 100 mm-lik top mərmisi aşkarlanıb - <span style="color: red;">FOTO
# 24 iyul 2016 12:58 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və “102” Xidməti-Zəng mərkəzi sisteminə Tərtər rayonu Şıxarx kəndi ərazisində 2 ədəd partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamamış hərbi sursat (O-412, 100 mm-lik top mərmisi) götürülərək, zərərləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR