Bank Of Baku

Samur-Abşeron kanalından 16 yaşlı qızın meyiti tapılıb - YENİLƏNİB

Samur-Abşeron kanalından 16 yaşlı qızın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 26 aprel 2018 15:33 (UTC +04:00)

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onun Şabranın Ağbaş kənd sakini, 2002-ci il təvəllüdlü Məcidova Mədinə Tahir qızı olduğu məlum olub.

 

Qeyd edək ki, həmin şəxsin meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində aşkar edilib.

 

Hadisənin səbəbləri araşdırılır.

 

***

 

12:34

 

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində bir nəfər Samur-Abşeron kanalına düşüb.

 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində meyit tapılıb.

 

Hələlik şəxsiyyəti məlum olmayan qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR