Siyəzən rayonunun Ağbaş kəndi ərazisində Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, onun Şabranın Ağbaş kənd sakini, 2002-ci il təvəllüdlü Məcidova Mədinə Tahir qızı olduğu məlum olub.
Qeyd edək ki, həmin şəxsin meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində aşkar edilib.
Hadisənin səbəbləri araşdırılır.
***
12:34
Siyəzən rayonunun Ağbaş kəndi ərazisində bir nəfər Samur-Abşeron kanalına düşüb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində meyit tapılıb.
Hələlik şəxsiyyəti məlum olmayan qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.