Paşha Bank
Bank Of Baku

"PAŞA Bank"ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

"PAŞA Bank"ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 12 oktyabr 2026 14:33 (UTC +04:00)

“PAŞA Bank” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 16 noyabr 2026-cı il tarixində baş tutacaq.

Yığıncağın gündəliyinə bankın səhmlərinin ilkin kütləvi təklif (IPO) üsulu ilə yerləşdirilməsinin yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması və bununla əlaqədar nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi məsələləri daxil edilib.

Bundan başqa, nizamnaməyə dəyişikliklərin edilməsinə razılıq alınması məqsədilə Azərbaycan Mərkəzi Bankına müraciət olunması nəzərdə tutulur.

Yığıncaqda müvafiq dəyişikliklərin rəsmiləşdirilməsi, dövlət qurumlarına müraciətlərin edilməsi və zəruri sənədlərin imzalanması ilə bağlı səlahiyyətlərin bankın İdarə Heyətinin sədri Cavid Quliyevə həvalə olunması da müzakirə ediləcək.

Bildirilib ki, səhmdarların səsvermədə iştirakı Milli Depozit Mərkəzinin İnvestor Portalı vasitəsilə qiyabi formada həyata keçiriləcək. Səsvermə 19 oktyabr – 15 noyabr tarixlərini əhatə edəcək, səslər isə noyabrın 16-da hesablanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR