Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.