Azərbaycan prezidenti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan prezidenti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb
# 10 iyul 2012 13:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, həmin qanunun pozulmasına görə məsuliyyət növlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, qanunda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirəcək orqan barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin, qanuna uyğun olaraq, həbs yerlərinin Daxili intizam qaydalarını üç ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etsin, tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydalarını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Qanunda nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmana əsasən, müəyyən ediləcək normalarda hamilə qadınlar, yanında 3 yaşınadək uşağı olan qadınlar və yetkinlik yaşına çatmayanlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti və xüsusi yemək normaları da əks olunmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR