Keniyalı biznesmen Somalinin baş naziri təyin edilib

Keniyalı biznesmen Somalinin baş naziri təyin edilib
# 06 oktyabr 2012 20:56 (UTC +04:00)
Bakı-APA. Somali prezidenti Həsən Şeyx Məhəmməd keçmiş biznesmen Abdi Fərəh Şirdon Səidi baş nazir təyin edib.

Yeni baş nazir qonşu Keniyada tanınmış iş adamı olub. O sülh hərəkatı uğrunda məşhur mübariz Aşa Haci Elmi ilə evlidir.

Şirdon Səid siyasətdə yeni adamdır.

Somali mərkəzi hökuməti ölkənin yalnız bir sıra rayonlarına nəzarət edir. Ölkənin şimal-qərbində tanınmamış Somalilend respublikası mövcuddur. Digər bölgələrdə islamçı qruplaşmalar və yerli klanlar vəziyyətə nəzarət edirlər. Ölkənin ərazisində Afrika İttifaqının, Keniyanın və Efiopiyanın qoşunları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR