BVF-nin Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin olunub

BVF-nin Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin olunub
# 24 avqust 2012 13:47 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə BVF-nin Azərbaycan ofisindən bildirilib.

«Bu vəzifəyə Raca Əl Marzuqi (Raja Al Marzouqi) təyin olunub. O, bundan öncə missiyaya rəhbərlik edən Nadim İlahini (Nadeem Ilahi) əvəz edib. N.İlahi isə öz növbəsində BVF-nin Avropa üzrə Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub», - deyə BVF-nin Azərbaycan ofisindən bildirilib.

Raca Əl Marzuqi Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində məsləhətçi işləyib: «Missiyanın yeni rəhbəri artıq ölkə hökumətinə təqdim olunub və rəsmi Bakı da onu bu vəzifəyə təsdiqləyib».

BVF-nin Azərbaycan ofisindən həmçinin bildirilib ki, Raca Əl Marzuqinin yeni vəzifədə Azərbaycana ilk rəsmi səfəri bu ilin noyabrın 8-20-də baş tutacaq.

Qeyd edək ki, N.İlahi 2011-ci ilin yanvarın sonunda Azərbaycan üzrə missiyasına rəhbər təyin olunub. O, bu vəzifədə xanım Nienke Oomesi əvəzləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR