Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb, iki nəfər yaralanıb

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb, iki nəfər yaralanıb
# 07 aprel 2012 07:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Aprelin 6-da gecə saatlarında Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu ərazisində “Toyota” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Daha bir ölümlə nəticələnən yol qəzası isə Nəsimi rayonunda qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR