Dünya Bankının missiyası Azərbaycanda su təchizatı üzrə layihələrin icrası ilə maraqlanıb - FOTO

Dünya Bankının missiyası Azərbaycanda su təchizatı üzrə layihələrin icrası ilə maraqlanıb - <font color=red>FOTO</font>
# 15 fevral 2012 13:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün “Azərsu” ASC Dünya Bankının “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri” layihələrinin icrasının dəstəklənməsi və təklif olunan “Hövsan tullantı suların dənizə axıdılması” layihəsi ilə bağlı danışıqların aparılması məqsədilə bankın Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Dünya Bankının yaxından iştirak etməsini yüksək qiymətləndirərək, bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirib.

Dünya Bankının missiyasının rəhbəri Manuel Marino Azərbaycan hökuməti ilə əməkdaşlığın səmərəli olduğunu bildirib və qeyd edib ki, Dünya Bankı su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcək.

Görüşdə “Azərsu” ASC üçün institusional gücləndirmə komponenti, Bakı şəhərinin Regional İnkişaf Proqramının hazırlanması, “Hövsan tullantı suların dənizə axıdılması” layihəsi və digər perspektiv layihələr müzakirə edilib və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit Sazişi çərçivəsində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri” layihəsi həyata keçirilir. Dünya Bankı Şamaxı, Qəbələ, Saatlı və Sabirabad rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün kredit ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR