Azərbaycan Baş Prokurorluğu antikorrupsiya əməliyyatı keçirib, xəstəxanalardan birinin baş həkimi və daha bir neçə nəfər saxlanılıb

Azərbaycan Baş Prokurorluğu antikorrupsiya əməliyyatı keçirib, xəstəxanalardan birinin baş həkimi və daha bir neçə nəfər saxlanılıb
# 04 may 2012 10:02 (UTC +04:00)
APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar.

14 saylı Buzovna Xəstəxanasından APA-ya faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib.

26 saylı Mərdəkan Xəstəxanasından isə APA-ya hazırda xəstəxanada prokurorluq tərəfindən əməliyyat aparıldığını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR