Türkiyədə avtobus qəzaya uğrayıb: 35 nəfər yaralanıb

Türkiyədə avtobus qəzaya uğrayıb: 35 nəfər yaralanıb
# 13 iyul 2012 01:41 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Bolu vilayətində Quran kursu şagirdlərini daşıyan bələdiyyə avtobusunun qəzaya uğraması nəticəsində 35 nəfər yaralanıb. APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, avtobus qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə hər iki avtobusun sürücüləri və şagirdlər yaralanıblar.

Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR