Azərbaycan vətəndaşı Türkiyədə baş verən yol qəzasında ölüb

Azərbaycan vətəndaşı Türkiyədə baş verən yol qəzasında ölüb
# 24 mart 2012 07:55 (UTC +04:00)
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, martın 24-də yerli vaxtla saat 04.00 radələrində qatar relsinin də keçdiyi yolda hərəkət edən taksi avtomobili yük qatarının altında qalıb. Qatar avtomobili 40 metr sürüyüb.

Nəticədə taksidə olan 3 nəfər hadisə yerində ölüb, 2 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan birinin Zamiyə Qarayeva adlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Yük qatarının maşinisti polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR