Astarada kitab bayramı keçirilib - FOTO
10 may 2012 15:24 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Bu gün Astara şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi V ümumrayon kitab bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü, rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə reallaşan tədbirdən öncə iştirakçılar açıq səma altında təşkil olunmuş müxtəlif mövzularda olan 30 min nüsxədən çox kitabın sərgiləri ilə tanış olublar. Yeni nəşrlər, uşaq ədəbiyyatı, “Dünya ədəbiyyatı kitabxanası” seriyası ilə çapdan çıxmış kitablar, Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən çap olunmuş latın qrafikalı ədəbiyyat, Astaranın şair və yazıçılarının müxtəlif illərdə işıq üzü görmüş kitabları böyük marağa səbəb olub. Tədbirdə kitabın insan həyatında, onun kamilləşməsində oynadığı mənəvi roldan danışılıb. Qeyd olunub ki, bu gün internetin və elektron kitabxananın imkanlarının genişlənməsinə baxmayaraq, bilik mənbəyi olan kitaba oxucu həvəsi səngiməyib. Bu mənada Astarada kitab mağazasının açılmasına böyük ehtiyac duyulduğu da diqqətə çatdırılıb.
Ədəbiyyat
2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb
11:28
7 may 2024
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024