Avstriyanın «Bertsch» şirkəti Azərbaycana əməkdaşlıq təklif edir

Avstriyanın «Bertsch» şirkəti Azərbaycana əməkdaşlıq təklif edir
# 01 oktyabr 2012 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bərpa olunan enerji, qida məhsullarının istehsalı və texniki avadanlıqlarının təchizatı ilə məşğul olan Avstriyanın «Bertsch» şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, bərpa olunan enerji, qida məhsullarının istehsalı və texniki avadanlıqlarının dünyada ən iri təchizatlarından biri olan «Bertsch» şirkəti Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir. «Bertsch» şirkəti ilə əməkdaşlıqda maraqlı olan iş adamları +43 676 790 1369 telefon nömrəsinə zəng edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR