Azərbaycanın xarici ticarətdə müsbət saldosu 2 dəfədən çox artıb

Azərbaycanın xarici ticarətdə müsbət saldosu 2 dəfədən çox artıb
# 07 may 2012 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 118 xarici dövlətlə ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi 11 520,1 mln. dolları təşkil edib, onun 2 054,3 mln. dolları idxalın, 9 465,8 mln. dolları ixracın payına düşüb və nəticədə 7 411,5 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin I rübü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 57%, ixrac 73,8%, idxal 8,6% artıb, müsbət saldo isə ötən ilin analoji dövründəkindən 2,1 dəfə çoxalıb.

«Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu və ya 84,4%-i İtaliya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Rusiya, Hindistan, İsrail, İndoneziya, Çin, Bolqarıstan, Sinqapur, Ukrayna, Gürcüstan, Yunanıstan, Malayziya, Portuqaliya və İspaniya dövlətləri ilə aparılıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR