Azərbaycanda qiyməti kağızlar sahəsində elektron xidmətlər sistemi yaradılıb

Azərbaycanda qiyməti kağızlar sahəsində elektron xidmətlər sistemi yaradılıb
# 02 iyul 2012 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» ölkə başçısının fərmanın icrası ilə əlaqədar, avtomatlaşdırılmış elektron xidmətlər sistemi yaradılıb və «Elektron Hökumət» portalına inteqrasiya edilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu istiqamətdə görülən işlərin davamı olaraq, rüsumların real vaxt rejimində elektron formada ödənilməsi, eləcə də aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyi təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR