Heydər Əliyev haqqında üç hissəli bədii film çəkilir

Heydər Əliyev haqqında üç hissəli bədii film çəkilir
# 16 avqust 2012 16:10 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, cari ilin iyul ayının ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt-Peterburq və Riqa şəhərlərində aparılmaqla yarım il davam edəcək.

Üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacaq.

Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksandr Andreenko, Emmanuil Vitorqan və Yuriya Stoyanova kimi aktyorların çəkilməsi nəzərdə tutulur.

Ümumilikdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq. Onlar qəhrəmanın həyatının dövrlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H. Əliyevin yaşlı rolunu rusiyalı aktyor Aleksadr Nikitin ifa edəcək.

Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev" və "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR