Azərbaycandakı tikinti şirkətləri inşaat işlərini 42% artıb

Azərbaycandakı tikinti şirkətləri inşaat işlərini 42% artıb
# 23 iyun 2012 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 41,7% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 74,7%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 12,1%-ni əsaslı təmir, 2,2%-ni cari təmir, 11%-ni isə sair tikinti işləri təşkil edib. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 26,1%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 73,9%-ni həyata keçirib.

Qeyd edək ki, 2012-ci ilin yanvar-aprel aylarında inşaat bölməsində çalışmış 82 min nəfərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artaraq 555,2 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 583,1 manat olub, mülki təyinatlı inşaat işlərində işləyən işçilərdə 15,5%, ixtisaslaşdırılmış tikinti işlərində isə 18,9% artım müşahidə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR