Çelyabinsk və Daşkənddən Bakıya yerinə yetirilməli aviareyslər təxirə salınıb

Çelyabinsk və Daşkənddən Bakıya yerinə yetirilməli aviareyslər təxirə salınıb
# 30 oktyabr 2012 16:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Heydər Əliyev Beynəlxalq Aeroportundan bu gün yerinə yetirilməli «İjavia» şirkətinin Bakı-Çelyabinsk və «Özbəkistan Hava Yolları» şirkətinin Bakı-Daşkənd aviareysləri təxirə salınıb.

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, bu gün saat 16:30-da 908 saylı Bakı-Çelyabinsk və saat 20:20-də 758 saylı Bakı-Daşkənd aviareysləri təxirə salınıb: «Buna səbəb hər iki aviareysə sərnişinlərin kifayət qədər olmamasıdır. Belə ki, Bakı-Çelyabinsk aviareysi üzrə uçan təyyarə ilk öncə Perm şəhərindən Bakıya gəlməli idi. Lakin sərnişinlərin az olması 905 saylı Perm-Bakı aviareysinin təxirə salınmasına səbəb olub. Analoji hal 757 saylı Daşkənd-Bakı aviareysində də qeydə alınıb».

Aeroportdan həmçinin bildirilib ki, sözügedən aviareyslərə bilet alan sərnişinlər cədvəl üzrə növbəti aviareyslərlə uça biləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR