Bakıda 2 əxlaqsızlıq yuvası aşkarlanıb

Bakıda 2 əxlaqsızlıq yuvası aşkarlanıb
# 29 fevral 2012 09:35 (UTC +04:00)
Bakı-APA. Bakının Binəqədi rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki "Əyricə" kafesində oranın icarədarı Ağaxan Qədirovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tünzalə İmamquliyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi aşkarlanıb.

İdarə əməkdaşları, həmçinin Nəsimi rayonu ərazisində yaşayan Səriyyə İsgəndərovanın əxlaqsızlıq yuvası təşkil etməsi faktını aşkar ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR