Azərbaycanda qızıl istehsalı 15%, gümüş istehsalı isə 52% azalıb

Azərbaycanda qızıl istehsalı 15%, gümüş istehsalı isə 52% azalıb
# 15 oktyabr 2012 14:35 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 1,1 ton qızıl və 477 kq gümüş istehsal olunub. Ötən ilin ilk 9 ayına nisbətən qızıl istehsalı 15,4%, gümüş istehsalı isə 52,3% azalıb.

Qeyd edək ki, qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında «Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» imzalanmış saziş əsasında aparılır.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 21 413,4 troya unsiyasına (666 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri təxminən 38 mln. ABŞ dolları təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR