Qubada partlayış olub, xəsarət alan var

Qubada partlayış olub, xəsarət alan var
# 01 oktyabr 2012 11:15 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Quba rayonunda partlayış baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Birinci Nügədi kəndində, kənd sakini 40 yaşlı Elman Mirzəyevə məxsus yardımçı binada qeydə alınıb.

E.Mirzəyev partlayış zamanı 3-cü dərəcəli yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan o Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Partlayışdan sonra baş verən yanğının söndürülməsinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR