Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 22 avqust 2012 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,71 dollar və ya 0,7% artaraq 1 barelə görə 96,68 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, avqustun 21-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,11 dollar və ya 1% artaraq 114,81 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR