Can Bonomonun “Eurovision-2012” mahnısının klipi təqdim olunub

Can Bonomonun “Eurovision-2012” mahnısının klipi təqdim olunub
# 15 mart 2012 10:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşdiqızı – APA. Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomonun "Love Me Back" mahnısının klipi təqdim olunub. APA-nın məlumatına görə, “TRT Müzik” telekanalında ilk dəfə nümayiş olunan klipin rejissoru mahnının aranjmançısı Can Şabandır. Çəkilişlər üç məkanda aparılıb. 80 nəfər aktyorun iştirakı ilə çəkilən klipin yaradıcı heyəti 70 nəfərdən ibarətdir. Çəkiliş ərzində 200 kostyumdan istifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR