Azərbaycanın Moldovadakı səfiri bu ölkənin Milli Kitabxanasına kitab və jurnallar hədiyyə edib

Azərbaycanın Moldovadakı səfiri bu ölkənin Milli Kitabxanasına kitab və jurnallar hədiyyə edib
# 03 may 2012 17:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Moldovadakı səfiri Namik Abbasov bu ölkənin Milli Kitabxanasına baş çəkib.
Səfirlikdən APA-ya verilin xəbərə görə, kitabxananın rəhbəri Alekse Reu ilə görüşdə səfir Azərbaycanın apardığı siyasət, iqtisadiyyat, mədəniyyət, idman sahəsində qazandığı uğurlar, Qarabağ münaqişəsinin tarixi barədə danışıb.
Görüşdə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfir kitabxanaya Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar da daxil olmaqla 150 kitab və 77 adda jurnal hədiyyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR