Azərbaycan Beynəlxalq Bankının növbəti auditini «Deloitte & Touche» şirkəti keçirəcək

Azərbaycan Beynəlxalq Bankının növbəti auditini «Deloitte & Touche» şirkəti keçirəcək
# 13 iyul 2012 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı» ASC (ABB) və onun törəmə müəssisələrində auditinin aparılmasına dair keçirilən tenderin nəticəsi açıqlanıb.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, ABB və törəmə müəssisələrinin («Qrupun») 2012-ci ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi ilə iyun ayının 13-də keçirilmiş açıq tenderin qalibi «Deloitte & Touche» şirkəti elan olunub.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR