Siyəzəndə elektrik yarımstansiyasında yanğın baş verib

Siyəzəndə elektrik yarımstansiyasında yanğın baş verib
# 24 sentyabr 2012 07:37 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsinə Sumqayıt, Siyəzən, Şabran və Xızı rayonlarının yanğınsöndürənləri cəlb olunub.

Bir neçə saat davam edən yanğını səhər saatlarında söndürmək mümkün olub. Yanğın nəticəsində yarımstansiyanın elektriklə təmin etdiyi bəzi ərazilərdə elektrik enerjisinin nəqlində fasilələr yaranıb. Artıq həmin ərazilərə elektrik enerjisinin verilişinin bərpa olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR