Bakıda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakıda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 23 iyun 2012 13:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Abşeron rayonunda “Tofaş” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, sürücülər xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət almış sürücülər Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR