Macarıstan Poçtu Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 20 illiyi bağlı xatirə markası buraxıb - FOTO
27 iyun 2012 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstan Poçtu qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi münasibətilə xatirə markası buraxıb.
Səfirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın dövlət rəmzlərinin - bayraq və gerbin də özünə yer aldığı xatirə markasında Şuşanın yarı uçulmuş Gövhər Ağa məscidinin minarəsi və qala divarları öz əksini tapıb. Markada Azərbaycan, macar və ingilis dillərində «Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 20-ci ildönümü» sözləri yazılıb. Markanın içərisinə qoyulduğu bukletdə isə tarixi Azərbaycan şəhəri Şuşa haqqında hər üç dildə qısa məlumat və erməni vandalları tərəfindən tar-mar edilmiş şəhərin panoramı verilib. Xatirə markasında Azərbaycan milli ornamentlərindən və naxışlardan məharətlə istifadə olunub.
Xatirə markası macar və digər Avropa ölkələrinin parlamentarlarına, siyasi və ictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilib. Onun bir hissəsi isə filatelistlər arasında yayılacaq.

İnfrastruktur
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024