Rusiya Türkiyəni muzdlu döyüşçülərin Suriyaya keçməsinə yardım etməkdə günahlandırıb

Rusiya Türkiyəni muzdlu döyüşçülərin Suriyaya keçməsinə yardım etməkdə günahlandırıb
# 15 fevral 2016 11:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Türkiyə cihadçılar və muzdlu silahlıların qanunsuz yolla Suriya ərazisinə keçməsinə yardım etməkdə davam edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Daxil olan məlumatlara əsasən, Türkiyə tərəfi yeni qrup cihadçılar və muzdlu silahlıların İŞİD, "Əl Nüsra" və digər terrorçu təşkilatların tərkibində döyüşmək üçün qanunsuz yolla Suriya ərazisinə keçməsinə yardım etməkdə davam edir. Yaralı döyüşçülər isə sərhəddən Türkiyəyə aparılır", - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR