Toni Bler 2003-cü ildə İraqın işğal edilməsinin İŞİD-in yaranmasına səbəb olduğunu etiraf edib

Toni Bler 2003-cü ildə İraqın işğal edilməsinin İŞİD-in yaranmasına səbəb olduğunu etiraf edib
# 25 oktyabr 2015 04:46 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə Daily Mail məlumat yayıb.

“Düşünürəm ki, burada müəyyən həqiqət var. Əlbəttə, siz Səddam Hüseyni 2003-cü ildə devrildənlərin 2015-ci ildəki hadisələrə görə məsuliyyət daşımadıqlarını deyə bilmərsiz”, deyə sabiq baş nazir aparıcının İraqın işğal edilməsinin İŞİD-in yaranmasına səbəb olması ilə bağlı sualını cavablandırarkən bildirib.

Toni Bler həmçinin işğala səbəb olmuş kəşfiyyatın verdiyi yanlış məlumatlara və rejimin devrilməsindən sonra gözlənilən hadisələrin planlaşdırılması zamanı yol verilmiş ciddi səhvlərə görə üzr istəyib

Qərv mətbuatının məlumatına görə, Toni Bler və Corc Buş işğaldan hələ 1 il əvvəl İraqla müharibəyə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR