Gələn il Novruz bayramında 8 gün qeyri-iş günü olacaq

Gələn il Novruz bayramında 8 gün qeyri-iş günü olacaq
# 25 dekabr 2015 05:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. 2016-cı ildə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən gələn il Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR