Avropa İttifaqına üzv ölkələr “Şimal axını-2”-yə qarşı çıxış ediblər

Avropa İttifaqına üzv ölkələr “Şimal axını-2”-yə qarşı çıxış ediblər
# 17 mart 2016 03:47 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqına üzv olan səkkiz ölkə “Şimal axını-2” qaz layihəsinə qarşı çıxıb.

APA-nın REN TV-yə istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq məktub Avropa Komissiyasının sədri Jan-Klod Yunkerə göndərilib.

Məktubu Estoniya, Çexiya, Macarıstan, Latviya, Polşa, Slovakiya, Rumıniyanın baş nazirləri və Litvanın prezidenti imzalayıb. Bəzi məlumatlara görə, bir qədər sonra Xorvatiya da sənədə imza atıb. Məktubda yenidən layihənin geosiyasi risklərindən bəhs edilir.

Qeyd edək ki, ötən ilin sonunda bir sıra Avropa İttifaqına üzv ölkələr Brüsselə eyni çağırış etmişdilər. Sənəddə qeyd olunurdu ki, “Şimal axını-2” layihəsi Rusiya qazından asılılığı artıracaq, Avropa İttifaqı və Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyini zəiflədəcək. Bu isə nəticədə Ukraynada vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq.

“Şimal axını-2” qaz bazarı və onun regionda daşınma marşrutlarına, xüsusilə Ukrayna üzərindən keçən tranzit yola ciddi təsir göstərəcək”, məktubda vurğulanırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR