Amerikalı konqresmenlər Ukraynaya letal silahların satışına səs veriblər

Amerikalı konqresmenlər Ukraynaya letal silahların satışına səs veriblər
# 22 sentyabr 2016 12:35 (UTC +04:00)

Bakı – APA. ABŞ Nümayəndələr Palatası Ukraynaya letal (öldürücü) silah satışına icazə verən qanun layihəsi qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin “Facebook” səhifəsində yer alan məlumatda deyilir.

Siyahıda letal müdafiə xarakterli sistemlər yer alıb.

Qanunda müvafiq bəndində deyilir ki, ABŞ Krımın Rusiyaya birləşməsini tanıya bilməz. Sənədə görə, Minsk anlaşmaları tam yetirilənədək ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq.

Müvafiq qanun layihəsi Senatdan keçdikdən sonra ölkə prezidenti tərəfindən imzalanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR