“Sevil Massivi” MTK-nın məhkəməsində zərərçəkənlər dindirilib

“Sevil Massivi” MTK-nın məhkəməsində zərərçəkənlər dindirilib
# 29 sentyabr 2016 09:50 (UTC +04:00)

Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə bu gün keçirilən iclasda 3 nəfər zərərçəkmiş şəxs dindirilib. Onlar dəymiş ziyanın ödənilməsini istəyiblər.

Növbəti iclas oktyabrın 7-də keçiriləcək.

İttiham aktına əsasən, kooperativin təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub, 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər. Onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR