Avropa İttifaqı ilə Türkiyə miqrasiya üzrə işçi qrup yaradacaqlar

Avropa İttifaqı ilə Türkiyə miqrasiya üzrə işçi qrup yaradacaqlar
# 06 oktyabr 2015 03:34 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı və Türkiyə miqrasiya böhranı ilə əlaqədar birgə işçi qrup yaradacaqlar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini və Türkiyə XİN rəhbəri Feridun Sinirlioğlu razılığa gəliblər.

“Ali nümayəndə ilə nazir həmçinin Avropa İttifaqı və Türkiyə arasında qaçqın böhranının nizamlanması, eləcə də miqrasiya ilə əlaqədar digər məsələlərdə əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildiriblər. Bu məqsədlə tərəflər birgə işçi qrup yaradacaqlar”, Avropa Xarici Siyasət Xidmətinin görüşün yekunlarına dair məlumatında qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR